Hacıkənd qəsəbəsində məskunlaşan
məcburi köçkünlər planlı, ardıcıl və mütəşəkkil
şəkildə Gəncə şəhərinin ətrafında, 60 hektar sahəni əhatə edən 600 evə planlı, ardıcıl və mütəşəkkil
şəkildə köçürülürlər. Köçürülmə işində Xocalı rayon İH-nin başçısı Şahmar Usubov və əməkdaşları
yaxından iştirak edirlər.
Yeni salınan qəsəbədə inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Eyni zamanda 50 yerlik uşaq bağçası da balaca sakinlərinin yolunu gözləyir.
Məcburi köçkünlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyevə və Xocalı rayon İH-nin başçısı Şahmar Usubova minnətdar olduqlarını bildirirlər.